Xəzər Xəbər

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumlarının rəhbərlərinin iclası keçirilir

İqtisadiyyat | 10:54 • 26 Oktyabr 2018
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumlarının rəhbərlərinin iclası keçirilir

Oktyabrın 26-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclası keçirilir.


Xezerxeber.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında özəlləşmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin və müzakirələrin aparılması, uğurlu layihələrin birgə icrası, o cümlədən iqtisadiyyatda bu sahənin perspektivliyinin artırılması ilə bağlı ideya bankının formalaşdırılması, mövcud vəziyyətin dəyərləndirilməsi və investisiyaların cəlb edilməsidir.


İclasda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verib. Bildirib ki, bu islahatlar sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlığını daha da möhkəmləndirib. Həmin islahatlar nəticəsində əmlak idarəçiliyi sektorunun da beynəlxalq standartlara uyğun müasirləşdiriməsi tədbirləri görülür. Həmçinin torpaq inzibatçılığı və istifadəsi üzərində daha səmərəli nəzarətin təmin olunması məqsədilə Peyk Nəzarət Sistemi kimi iri layihələr icra olunur.


İclasda İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Hadi Süleymanpur, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, ECO-ya üzv olan 10 ölkənin yüksəksəviyyəli nümayəndələri, o cümlədən həmin dövlətlərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri iştirak edirlər.

Xəbər lenti