Xəzər Xəbər

Neftin qiyməti 1,5 ayın ən aşağı səviyyəsinə düşüb

İqtisadiyyat | 13:53 • 24 Oktyabr 2018
Neftin qiyməti 1,5 ayın ən aşağı səviyyəsinə düşüb

Neftin qiyməti son 1,5 ayın ən aşağı səviyyəsinə düşüb.


AZƏRTAC xəbər verir ki, günün əvvəlində "Brent” markalı xam neftin bir barrelinin qiyməti 76 dollara, "Light” neftinin bir barreli isə 66 dollara geriləyib.


Bununla da xam neftin qiymətləri sentyabrın 7-dən bu vaxtadək ən aşağı səviyyəyə enib.


Ekspertlərin fikrincə, ABŞ-ın həftəlik neft ehtiyatlarına dair proqnozların çox olacağı, İranın xarici işlər naziri Cavad Zərifin ölkəsinin Birləşmiş Ştatlarla qarşılıqlı hörmət çərçivəsində müzakirəyə hazır olduğunu deməsi "qara qızıl”ın qiymətinin aşağı istiqamətli dəyişməsini sürətləndirib.


ABŞ-dakı ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.


Qeyd edək ki, hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 75,47 dollara, "Light” nefti isə Nyu-Yorkun NYMEX birjasında 66,23 dollar/barrelə alıcı axtarır.

Xəbər lenti