Xəzər Xəbər

Azərbaycan Türkiyəyə 14,5 milyard dollar investisiya yatırıb

İqtisadiyyat | 11:31 • 24 Oktyabr 2018
Azərbaycan Türkiyəyə 14,5 milyard dollar investisiya yatırıb

Azərbaycan Türkiyəyə 14,5 milyard ABŞ dolları dəyərində investisiya yatırıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər" adlı simpoziumda deyib.


O bildirib ki, yatırılan investisiyaların 13 milyard dolları neft sektoruna, 1,5 milyard dolları isə qeyri-neft sektoruna yatırılıb. Türkiyənin isə Azərbaycana qoyduğu investisiyaların həcmi 11,8 milyard ABŞ dolları dəyərindədir ki, bunun da 9,1 milyard dolları neft, 2,7 milyard dolları isə qeyri neft sektoruna yönəldilib.

Xəbər lenti