Xəzər Xəbər

Bakı metrosunda qatarda problem yarandı, intervalda gecikmə oldu

İqtisadiyyat | 09:30 • 23 Oktyabr 2018
Bakı metrosunda qatarda problem yarandı, intervalda gecikmə oldu

Bakıda metroda qatarların hərəkətində gecikmə olub.


Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.


Onun sözlərinə görə, intervalda baş verən gecikməyə səbəb "Neftçilər" stansiyasında qatar dalandan çıxarkən nasazlıq yaranması olub: "Saat 07:50-də "Neftçilər" stansiyasında 38-ci marşrut üzrə hərəkətdə olan, dalandan çıxan qatarda texniki problem yaranıb. Nəticədə qatar xəttə 5 dəqiqədən sonra çıxıb. Bu səbəbdən digər qatarların intervalında 7-9 dəqiqə gecikmə yaranıb".


B.Məmmədov bildirib ki, hazırda qatarların hərəkətində və intervalda heç bir problem yoxdur.

Xəbər lenti