Xəzər Xəbər

Camal Kaşıkçının öldürülməsi neft embarqosuna səbəb olacaq? - Səudiyyəli nazirdən AÇIQLAMA

İqtisadiyyat | 12:46 • 22 Oktyabr 2018
Camal Kaşıkçının öldürülməsi neft embarqosuna səbəb olacaq? -

Neft bazarda yaranacaq boşluğu kompensasiya edə bilməyəcəyik.


Xezerxeber.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib.


"Əgər neftin qiyməti artmaqda davam edərsə qlobal iqtisadiyyat yavaşlayacaq və bu, tənəzzülə vasitə ola bilər. İranın neft ixracına yönələn sanksiyaların gələn aydan tətbiq olunmağa başlaması nəticəsində isə "qara qızıl”ın qiymətinin yuxarı istiqamətli dəyişib-dəyişməyəcəyinə heç kim qarantiya verə bilməz. Neftin qiymətinin 100 dollar/barrel səviyyəsinə yüksələcəyinə dair fikir bildirə bilmərəm. Çünki digər neft istehsalçısı ölkələrin hansı addımlar atacağını bilmirəm. Qlobal neft bazarında gündəlik 3 milyon barrellik boşluq yaranacağı təqdirdə bu böyük həcmi kompensasiya edə bilməyəcəyik və öz ehtiyatlarımızdan istifadə etmək məcburiyyətində qalacağıq”, - deyə nazir əlavə edib.


O bildirib: "Səudiyyəli jurnalist Camal Kaşıkçının ölümü ilə əlaqədar yaranan böhran səbəbindən 1973-cü ildə olduğu kimi Qərb ölkələrinə neft embarqosu tətbiq etməyi planlaşdırmırıq. Bu anlaşılmazlıq geridə qalacaq. Səudiyyə Ərəbistanı çox məsuliyyətli bir ölkədir. Biz illərdir ki, nefti siyasətindən ayrı tuturuq. Neft siyasətimizi hər zaman vacib iqtisadi vasitə kimi istifadə etmişik”.

Xəbər lenti