Xəzər Xəbər

Naxçıvanda 35 milyona yaxın kredit borcu qaytarılıb

İqtisadiyyat | 10:31 • 18 Oktyabr 2018
Naxçıvanda 35 milyona yaxın kredit borcu qaytarılıb
Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən bu ilin 9 ayında 39 milyon 431 min manat kredit verilib ki, bunun da 4 milyon 229 min manatı qısamüddətli, 35 milyon 202 min manatı isə uzunmüddətli kreditdir.


XəzərXəbər xəbər verir ki, yanvar-sentyabr aylarında banklara 34 milyon 548 min manat kredit borcu, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu vəsaitlərindən isə 2 milyon 961 min manat vaxtı keçmiş kredit borcları qaytarılıb.

Ötən dövrdə bankların kassa mədaxili 373 milyon 852 min manat, kassa məxarici isə 526 milyon 805 min manat olub. Həmçinin bu dövrdə Mərkəzi Bankın ehtiyat fondundan 239 milyon 212 min manat nağd pul dövriyyəyə buraxılıb.

Xəbər lenti