Xəzər Xəbər

Çin ölkəyə yatırılan xarici sərmayələrin məbləğinə görə liderdir

İqtisadiyyat | 16:31 • 16 Oktyabr 2018
Çin ölkəyə yatırılan xarici sərmayələrin məbləğinə görə liderdir

Çin ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici sərmayələrin ümumi məbləğinə görə dünyada liderdir.


Xezerxeber.az xəbər verir ki, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) açıqladığı hesabata əsasən, cari ilin birinci yarısında Çin iqtisadiyyatına 70 milyard ABŞ dolları xarici sərmayə yatırılıb. İkinci yerdə Böyük Britaniya (66 milyard dollar), üçüncü yerdə isə ABŞ (46 milyard) qərarlaşıb.


Hesabatda qeyd olunur ki, dünya üzrə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41 faiz azalaraq 470 milyard dollara düşüb.

Xəbər lenti