Xəzər Xəbər

Azərbaycan nefti bu qiymətə satılır

İqtisadiyyat | 10:08 • 16 Oktyabr 2018
Azərbaycan nefti bu qiymətə satılır
Azərbaycan nefti ucuzlaşır.

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 12-də 82 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamı gününə olan göstəricidən 0,45 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 12-də 81,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,44 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 12-də 78,54 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 12-də 80,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barel azdır.

Xəbər lenti