Xəzər Xəbər

Bakıda iki marşrut xəttində dəyişiklik edilib

İqtisadiyyat | 12:34 • 12 Oktyabr 2018
Bakıda iki marşrut xəttində dəyişiklik edilib

Paytaxtın Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.


Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar "20-ci sahə" adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.


Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.

Xəbər lenti