Xəzər Xəbər

Bitkoin 240 dollar ucuzlaşdı

İqtisadiyyat | 14:55 • 11 Oktyabr 2018
Bitkoin 240 dollar ucuzlaşdı
Azalaraq 6330 ABŞ dolları səviyyəsinə enib.

Rəqəmsal pul bazarının ümumi kapitallaşması 16 milyard dollar azalıb, qısa müddətdə kriptovalyutaların əksəriyyəti dəyərlərinin 10 faizdən çox həcmində ucuzlaşıb.

Bitkoinin məzənnəsi ani olaraq 240 dollar azalaraq 6330 ABŞ dolları səviyyəsinə enib. Hazırda 6270 dollara satılır. Beləliklə, 24 saat ərzində bitkoin 4,5 faiz ucuzlaşıb. Eyni müddətdə Ethereum 11 faiz, XRP da 13 faiz dəyər itirib.

Rəqəmsal pul bazarının bu səhər 217 milyard ABŞ dollarından çox olan ümumi dəyəri yenidən 200 milyard ABŞ dolları həddinədək azalıb. Ən dəyərli 100 rəqəmsal pulun cəmi ikisi, yəni QASH (2,6 faiz) və PİVX (5,45 faiz) hazırda "yaşıl zolaq”dadır. (Report)

Xəbər lenti