Xəzər Xəbər

Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 200 milyon dollar olub

İqtisadiyyat | 11:44 • 8 Oktyabr 2018
Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 200 milyon dollar olub

2017-ci ildə Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 200 milyon dollar təşkil edib.


Bu barədə AZƏRTAC-a İsveçrənin Federal Şurasından bildirilib.


Qeyd edilib ki, Azərbaycan və İsveçrənin ticarət münasibətlərini genişləndirmək üçün yaxşı potensial var. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 200 milyon dollar olub. İkitərəfli münasibətlərin mövcud səviyyəsi ticarət dövriyyəsinin daha da artmasına səbəb olacaq.


İsveçrənin Federal Şurasında Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün aparılan islahatlara toxunarkən bildirilib ki, Azərbaycan iqtisadiyyatı və qeyri-neft sektorunun genişləndirilməsi üçün islahatlar aparılır. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və hökumət səviyyəsində təmaslar özəl sektora biznes üçün yeni imkanlar yaradır.

Xəbər lenti