Xəzər Xəbər

Aqrar elmin inkişafı istiqamətində yeni dövlət proqramı hazırlanır

İqtisadiyyat | 10:19 • 8 Oktyabr 2018
Aqrar elmin inkişafı istiqamətində yeni dövlət proqramı hazırlanır

Oktyabrın 8-də Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası keçirilir.


Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çəltikçilik sahəsinin ölkə üçün ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb etdiyini bildirib. Belə ki, 2020-2025-ci illərdə 40 min ton çəltiyin istehsalı planlaşdırılır.


Nazir müavini qeyd edib ki, ölkəmizdə aqrar elmin inkişafı istiqamətində yeni dövlət proqramı hazırlanır. Həmçinin bu sahədə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə tədbirlər həyata keçirilir. (AZƏRTAC)

Xəbər lenti