Xəzər Xəbər

"Hyundai" 2300 manat, İcra Hakimiyyətinin maşını 600 AZN-ə satılır - QİYMƏTLƏR

İqtisadiyyat | 14:09 • 1 Oktyabr 2018
"Hyundai" 2300 manat, İcra Hakimiyyətinin maşını 600 AZN-ə satılır -

Azərbaycanda dövlət qurumlarının bir sıra nəqliyyat vasitələri hərraca çıxarılıb.


BAKU.WS-in Əmək Məsələləri üzrə Dövlət Komitəsinə istinadla verdiyi məlumata görə, hərraca çıxarılan avtomobillər arasındaBakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin nəqliyyat vasitəsi QAZ-31029 600 AZN start qiyməti ilə satışa çıxarılır.


Azərbaycan Respublikasnın Mərkəzi Bankının Hyundai Sonata maşınına isə 2350 manat ilkin qiymət müəyyən edilib. Hərraca çıxarılan avtomobillərin sayı 5-dir.


Qeyd edək ki, 1-ci sətirdə Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.


2-3-cü sətirdə Azərbaycan Respublikası Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.


4-5-ci sətirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.


Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:


Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

(tel:566-07-44)

02 oktyabr 2018-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı


S/N

Balanssaxlayıcı müəssisənin adı
Avtonəqliyyat vasitəsinin markası
Buraxılış ili
Start qiyməti
(manatla)
10% beh
(manatla)
1.
Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsi
QAZ-31029
1994
600
60
2.
Azərbaycan Respublikasnın Mərkəzi Bankı
Hyundai Sonata
2004
2350
235
3.
Azərbaycan Respublikasnın Mərkəzi Bankı
Mercedes BenzSprinter 314
2006
7500
750
4.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsi
BMW 730
2006
11250
1125
5.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsi
BMW 730

Xəbər lenti