Xəzər Xəbər

Azərbaycan ilə Arxangelsk vilayəti arasında əmtəə dövriyyəsi 40 faiz artıb

İqtisadiyyat | 19:07 • 29 Sentyabr 2018
Azərbaycan ilə Arxangelsk vilayəti arasında əmtəə dövriyyəsi 40 faiz artıb

Arxangelsk vilayəti ilə Azərbaycan arasında əmtəə dövriyyəsi ötən illə müqayisədə 40 faiz artıb.


Bu barədə Bakıda təşkil olunan IX Azərbaycan-Rusiya Regionlararası Forumunun plenar iclasında Rusiyanın Arxangelsk vilayətinin qubernatoru İqor Orlov bildirib.


Pomorye başçısı bəyan edib ki, münasibətlərin inkişafı üçün vilayətdə və respublikada çoxlu istiqamətlər var. İ.Orlov deyib: "Bizdə meşə, kağız, karton, balıq, yosun var. Çox istərdik ki, turizm inkişaf etsin, xüsusən də hər iki istiqamətdə. Rusiyanın şimalı da, Azərbaycanın heyrətamiz gözəllikləri də diqqətəlayiqdir”. Qubernator xatırladıb ki, Arxangelsk vilayəti Azərbaycan-Rusiya Regionlararası Forumunda artıq üçüncü dəfədir iştirak edir. (AZƏRTAC)

Xəbər lenti