Xəzər Xəbər

Neft şirkətinə tarixi cəza: 853 milyon dollar ödəniləcək

İqtisadiyyat | 16:46 • 28 Sentyabr 2018
Neft şirkətinə tarixi cəza: 853 milyon dollar ödəniləcək

ABŞ Ədliyyə Nazirliyi Braziliyanın neft şirkəti "Petrobras"ı 853 milyon dollar cərimə edib.


Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı ABŞ ədliyyə nazirinin müavini Brayn Benkzkovski məlumat verib:


"Petrobras" şirkətinin rəhbər şəxsləri siyasətçi və siyasi partiyalara milyonlarla dollar rüşvət verib, bu məbləği investor və müfəttişlərdən gizlətmək üçün sənədlərdə saxtakarlıq edilib".


Qeyd edək ki, 2015-ci ildə aşkarlanan bəzi faktlara görə, çox sayda millət vəkili, siyasətçi həbs edilmişdi. "Petrobras"ın səhmlərinin böyük hissəsi Braziliya hökümətinə məxsusdur. Şirkət verilən cəriməni ödəyəcəyini açıqlayıb.

Xəbər lenti