Xəzər Xəbər

Azərbaycanda Türkmənistan benzini satılacaq

İqtisadiyyat | 14:30 • 28 Sentyabr 2018
Azərbaycanda Türkmənistan benzini satılacaq
SOCAR şirkəti Bakı Neft Emalı Zavodunun təmirə bağlanması ilə əlaqədar Azərbaycana 80 min tonadək "Aİ-92” markalı benzin idxal etməyi planlaşdırır.

XəzərXəbər-in məlumatına görə, bu barədə "Marja"ya neft bazarındakı mənbə bildirib.

Xəbər verildiyi kimi, BNEZ yenidənqurma və modernləşdirilmə işlərinin həyata keçirilməsi məqsədilə qrafik üzrə 2018-ci ilin oktyabr ayında təmirə bağlanacaq.

BNEZ-nin qrafik üzrə təmirə bağlanması daxili tələbatın ödənilməsi məqsədilə "Aİ-92” markalı benzinin Azərbaycana idxalına zərurət yarada bilər. Söhbət 80 min tonadək benzin ixracından gedir”, - mənbə bildirib.

Onun sözlərinə görə, benzin idxalı Türkmənistandan həyata keçiriləcək. "Bu, qiymət və logistika məsələləri baxımından münasib variantdır”, - mənbə əlavə edib.

Xəbər lenti

Çox oxunanlar