Xəzər Xəbər

Arxitektura Komitəsi Baş Prokurorluqla birgə Bakıda qanunsuz tikililərlə bağlı ciddi yoxlamalara başladı

İqtisadiyyat | 11:56 • 28 Sentyabr 2018
Arxitektura Komitəsi Baş Prokurorluqla birgə Bakıda qanunsuz tikililərlə bağlı ciddi yoxlamalara başladı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Prokurorluqla birgə Bakı şəhərində qanunsuz tikililərlə bağlı ciddi yoxlamalara başlayıb.


Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.


Z.Qaralov bildirib ki, Xətai, Binəqədi, Nəsimi, Yasamal rayonları üzrə 96 tikinti obyektində ciddi qanun pozuntusu aşkarlanıb:


"Toplanmış faktlar prokurorluq orqanlarına göndərilib. Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində qanunsuz tikililərlə bağlı araşdırmalar aparılır". (Trend)

Xəbər lenti