Xəzər Xəbər

"Xəzər" maşınlarını alan qurumlar açıqlandı

İqtisadiyyat | 15:28 • 27 Sentyabr 2018
"Xəzər" maşınlarını alan qurumlar açıqlandı
"Azərmaş" avtomobil zavodunda yarandığı gündən bəri yüzlərlə maşın istehsal edilib. İstehlakçılar "Xəzər" maşınından məmnundurlar və şikayət yoxdur.


Bu barədə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.


Nazir müavini qeyd edib ki, Azərbaycanda belə bir zavodun qurulması iqtisadi əməkdaşlıq etdiyimiz bir sıra ölkələr üçün gözlənilməz olub.

"Yaxın zamanlarda 10-a yaxın maşın İqtisadiyyat Nazirliyi tərəfindən alınacaq. Həmçinin Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu maşınlar alınıb. Hesab edirəm ki, maşınlar insanların təlabatını ödəməsə, alınmazdı".

N.Səfərov ,eyni zamanda Naxçıvan Avtomobil Zavodunun ( Naz-Lifan) fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlara münasibət bildirib: "Onlar öz işlərini davam etdirirlər. Düşünmürəm ki, zavodun fəaliyyəti tam dayanacaq"./azvision.az

Xəbər lenti