Xəzər Xəbər

Enerji təchizatına nəzarəti gücləndirib

İqtisadiyyat | 14:46 • 26 Sentyabr 2018
Enerji təchizatına nəzarəti gücləndirib

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin regional bölmələri tərəfindən bu ilin yanvar-avqust ayları ərzində elektrik enerjisi ilə təchizatı sahəsində etibarlılığın, səmərəliyin və dayanıqlılığın artırılması məqsədilə istehlakçıların elektrik təsərrüfatlarında 390 sayda texniki araşdırma aparılıb.


Energetika Nazirliyindən xezerxeber.az-a bildirilib ki, "Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinin pozulmasına görə aktlar tərtib edilib və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib.


Agentliyin regional bölmələri tərəfindən eyni zamanda büdcədən maliyyələşən müəssisələrdə qazın nəqli, paylanması, istifadəsi və satışında, həmçinin sənaye və məişət qaz qurğularının, avadanlıqların, kəmərlərin və digər obyektlərin layihələndirilməsi və yenidən qurulmasında qazdan səmərəli istifadənin, qaz qurğularının etibarlı istismarının təmin edilməsinin, "Qazdan istifadə Qaydaları”nın və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə cari ilin yanvar-avqust ayında 387 obyektdə yoxlama aparılıb.


Elektrik və istilik təsərrüfatı subyektlərində baş verə biləcək bədbəxt hadisələrin, o cümlədən qəza, qətl və yanğın hallarının qarşısının alınması məqsədilə bu sahədə çalışan əməkdaşların, təsərrüfata cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin əməyin mühafizəsi, texniki istismar, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydalarından biliyinin yoxlanılması da mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə bu ilin yanvar-avqust ayında 60 müəssisədə 122 nəfər elektrotexniki heyətin texniki biliklərinin qiymətləndirilməsi aparılıb.

Xəbər lenti