Xəzər Xəbər

Tikinti materiallarının dəyəri 31,7 faiz artıb

İqtisadiyyat | 13:13 • 23 Sentyabr 2018
Tikinti materiallarının dəyəri 31,7 faiz artıb

Yanvar-avqust aylarında tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 31,7 faiz artaraq 382,9 milyon manat olub.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, hörmə üçün hazır beton qarışığı istehsalı 2,1 dəfə, tikinti əhəngi və sement istehsalı 21,4 faiz, tikinti kərpici istehsalı isə 0,5 faiz artıb.


Eyni zamanda, tikinti gipsi istehsalında 39,5 faiz, betondan yığma tikinti konstruksiyaları istehsalında 57,5 faiz azalma qeydə alınıb.


Xəbər lenti