Xəzər Xəbər

OPEC+ ölkələri avqustda müqaviləni 129 faiz yerinə yetirib

İqtisadiyyat | 09:33 • 23 Sentyabr 2018
OPEC+ ölkələri avqustda müqaviləni 129 faiz yerinə yetirib

OPEC+ ölkələri neft hasilatının azaldılmasına dair müqaviləyə avqust ayında 129 faiz əməl ediblər.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. O deyib ki, müqavilə iştirakçıları monitorinq komitəsində neft bazarında vəziyyəti, həmçinin ölkələr arasında gələcək əməkdaşlıq haqqında sənədin layihəsini müzakirə edirlər.

Bazar günü Əlcəzairdə monitorinq komitəsinin növbəti iclası keçiriləcək.

OPEC və təşkilata daxil olmayan bir sıra ölkələr (OPEC+) 2016-cı ilin sonlarında neft hasilatını sutkada 1,8 milyon barel ixtisar etmək barədə razılığa gəliblər. Saziş 2017-ci ilin əvvəlində start götürüb və sonradan 2018-ci ilin sonunadək uzadılıb.

Xəbər lenti