Xəzər Xəbər

“Azeri Light”ın qiyməti 80 dolları ötdü

İqtisadiyyat | 12:45 • 22 Sentyabr 2018
“Azeri Light”ın qiyməti 80 dolları ötdü
Dünya birjalarında neftin qiyməti bahalaşıb.


XəzərXəbər xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar artaraq 78,80 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,48 dollar bahalaşaraq 70,78 dollar olub.


"Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar bahalaşaraq 80,36 dollar təşkil edib.

Xəbər lenti