Xəzər Xəbər

Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

İqtisadiyyat | 17:30 • 20 Sentyabr 2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

2018-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4774,4 milyon manat təşkil edib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, bu vəsaitin 2387,6 milyon manatı heyvandarlıq, 2386,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.


Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 4,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 5,8 faiz artıb.

Xəbər lenti