Xəzər Xəbər

Mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK

İqtisadiyyat | 15:22 • 20 Sentyabr 2018
Mobil telefonların qeydiyyat qaydaları dəyişdi –

Azərbaycan Nazirlər Kabineti ölkəyə gətirilən mobil telefonların qeydiyyatı ilə bağlı növbəti dəyişiklik barədə qərar qəbul edib.


Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, mobil cihazların ölkəyə gətirilməsi ilə bağlı yeni rüsumlar satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan mobil cihazlara aid edilməyəcək.


Sahibkarlıq subyekti olan fiziki və hüquqi şəxslər əvvəlki kimi mobil cihazların idxalına görə yalnız gömrük rüsumu və əlavə dəyər vergisini ödəyəcəklər.


Fiziki şəxslər şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə isə "Dövlət rüsumu haqqında” Qanununa uyğun olaraq, həmin cihazın bazar qiymətindən asılı olaraq, müvafiq rüsum ödəyəcəklər.

Xəbər lenti