Xəzər Xəbər

Birləşmiş Ştatların neft ehtiyatları azalır

İqtisadiyyat | 12:59 • 20 Sentyabr 2018
Birləşmiş Ştatların neft ehtiyatları azalır

ABŞ-ın xam neft ehtiyatları azalır.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 2,1 milyon barrel (0,5 faiz) azalaraq 394,1 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,7 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 5,3 milyon barrel geriləmişdi.

ABŞ-ın strateji neft ehtiyatları keçən həftə də dəyişməyərək 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları ötən hesabat həftəsində 1,7 milyon barrel (0,7 faiz) azalaraq 234,2 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 0,1 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,3 milyon barrel artmışdı.

Xəbər lenti