2018-ci il avqust
ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli
valyuta ekvivalentində məbləği 8 milyard 049,5 milyon manat təşkil edib.
Əmanətlərin 62,3 faizi xarici, 37,7 faizi isə milli valyutada qoyulub.
Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 1,7
dəfə artıb, xarici valyutada əmanətlər isə 0,5 faiz azalıb.
2018-ci
il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının
kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 170,7 milyon
manat təşkil edib. Ümumi kredit portfelinin 9 milyard 783,9 milyon
manatı və ya 80,4 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin
96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və
kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin
məbləği 1 milyard 782,1 milyon manat olub və ümumi kredit portfelinin
14,6 faizini təşkil edib.