Xəzər Xəbər

ABŞ-ın sanksiyaları İranın neft ixracını minimuma endirə bilməyəcək - Rəsmi Tehran

İqtisadiyyat | 16:28 • 18 Sentyabr 2018
ABŞ-ın sanksiyaları İranın neft ixracını minimuma endirə bilməyəcək -

ABŞ-ın sanksiyaları İranın neft ixracını minimuma endirə bilməyəcək.


Xezerxeber.az xəbər verir ki, bu barədə İran dövlət televiziyasına müsahibəsində neft naziri Bijən Namidar Zəncənənin müşaviri Muayyid Hüseyni Sədr deyib.


"Neft bazarındakı artan tələbat və aşağı tədarük tarazlığı nəzərə alındıqda ABŞ-ın sanksiyalarının İran neft ixracını qısa müddətdə minimuma endirməsi mümkün deyil. ABŞ-ın tək tərəfli sanksiyaları BMT Təhlükəsizlik Şurasının qərarı deyil. Bir çox beynəlxalq şirkət sanksiyaları tanımayıb və beynəlxalq neft ticarətinə bir ölkə maneə ola bilməyək. Digər neft istehsalçısı ölkələr hasilatı artırsalar belə İranın neftinin bazardakı yeri dolmayacaq. Sanksiyaların öhdəsindən gəlməyin yollarından biri də digər ölkələrlə mal əvəzinə neft ticarəti həyata keçirməkdir”, - deyə o əlavə edib.


Qeyd edək ki, ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi noyabrın 5-də qüvvəyə minəcək.

Xəbər lenti