Xəzər Xəbər

Rusiyada kredit borcları sürətlə artır

İqtisadiyyat | 12:36 • 18 Sentyabr 2018
Rusiyada kredit borcları sürətlə artır

Rusiya vətəndaşlarının kredit borcları sürətlə artır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Kredit Tarixçiləri Bürosu yayıb.

Məlumata görə, təkcə avqust ayında Rusiya vətəndaşları, təxminən, 1 mln. ədəd yeni kredit kartı əldə edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56,8% çoxdur.

Rusların kəskin borclanmasına səbəb kimi yaşayış xərclərini ödəyə bilməmələri göstərilir. Hazırda hər Rusiya vətəndaşı orta hesabla banka 92,2 min rubl (təxminən, 2 300 manat) borcludur.

Xəbər lenti