Xəzər Xəbər

Diri çəkidə ət istehsalı 3,3 faiz artıb

İqtisadiyyat | 22:15 • 17 Sentyabr 2018
Diri çəkidə ət istehsalı 3,3 faiz artıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 3,3 faiz artaraq 322,9 min tona çatıb.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, bu dövr ərzində süd istehsalı 1,2 faiz artaraq 1365,3 min ton, yumurta istehsalı 0,7 faiz artaraq 1162,4 milyon ədəd, yun istehsalı isə 1,3 faiz azalaraq 15,2 min ton olub.


Bundan başqa, ölkədə 514 ton barama istehsal edilib ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.

Xəbər lenti