Xəzər Xəbər

Səkkiz ayda ümumi daxili məhsul 0,7 faiz artıb

İqtisadiyyat | 21:33 • 17 Sentyabr 2018
Səkkiz ayda ümumi daxili məhsul 0,7 faiz artıb

Səkkiz ayda ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq 50521,9 milyon manata çatıb.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 0,9 faiz, neft sektorunda isə 0,4 faiz artıb. Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində əlavə dəyər istehsalı 8,3 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,8 faiz, informasiya və rabitə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,7 faiz, sənayedə 1,6 faiz, digər xidmət sahələrində 0,4 faiz artıb, tikintidə isə 17,3 faiz azalıb. ÜDM istehsalının 46,3 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,3 faizi tikintidə, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 14,0 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,9 faizini təşkil edib.


Əhalinin hər nəfərinə düşən ÜDM 5153,1 manata bərabər olub.

Xəbər lenti