Xəzər Xəbər

Azərbaycan əhalisinin gəlirləri artıb

İqtisadiyyat | 14:43 • 17 Sentyabr 2018
Azərbaycan əhalisinin gəlirləri artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 34 786,3 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.

Son 1 ildə adambaşına nominal gəlir isə 8,5% artaraq 3 548,1 manat olub.

Xəbər lenti