Rusiya neftin qiymətinin 2020-2021-ci illərdə mərhələli şəkildə ucuzlaşacağını nəzərdə tutur.
Bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina deyib. Onun
sözlərinə görə, Rusiya Mərkəzi Bankı 2020-2021-ci illərdə neftin bir
barrelinin qiymətinin 55 dollara düşəcəyini proqnozlaşdırır:
"Biz
təklif və tələbatın mövcud balansını nəzərə alaraq neftin qiyməti üzrə
proqnozu dəyişdik. 2020-2021-ci illərdə neftin bir barrelinin qiymətinin
tədricən 55 dollar səviyyəsinə düşəcəyini nəzərdə tuturuq”.