Xəzər Xəbər

Rusiya Bankı əsas faiz dərəcəsini artırıb

İqtisadiyyat | 17:24 • 14 Sentyabr 2018
Rusiya Bankı əsas faiz dərəcəsini artırıb
Rusiya Bankı əsas faiz dərəcəsini 0,25 faiz bənddən 7,5 faizədək artırmaq barədə qərar qəbul edib.


RİA Novosti agentliyi xəbər verir ki, son 4 il ərzində bu, ilk dəfədir baş verir. 2014-cü ildən bu göstərici yalnız azalırdı. Bu il Rusiyanın Mərkəzi Bankı da əsas faiz dərəcəsini iki dəfə - fevral və mart aylarında 0,25 faiz bəndi azaldıb, sonra isə fasilə götürüb.


Məqsədli inflyasiya zamanı 4 faizli neytral əsas faiz dərəcəsini Mərkəzi Bank 6-7 faiz, yəni targetdən 2-3 faiz bəndi yuxarı dəyərləndirib.

Rusiya Bankı əsas faiz dərəcəsini pul-kredit siyasətinin aləti kimi 2013-cü il sentyabrın 13-də tətbiq edib. Bu, inflyasiyanın targetləşdirilməsi rejiminə keçid çərçivəsində aşkarlığın artırılması məqsədi ilə həyata keçirilib.

Xəbər lenti