Xəzər Xəbər

Rusiyalılara dollardan xilas olmaq məsləhət görüldü

İqtisadiyyat | 22:16 • 11 Sentyabr 2018
Rusiyalılara dollardan xilas olmaq məsləhət görüldü

Rusiyanın iqtisadi inkişad naziri Maksim Oreşkin "Business FM”ə müsahibəsində deyib ki, dolları satmaq və rubl almaq vaxtı çatıb.

Onun fikrincə, ortamüddətli perspektivdə Rusiyanın milli valyutasının kursu 1 dollara nisbətən 63-64 rubl səviyyəsində stabilləşəcək.

Sentyabrın 10-nun göstəricilərinə görə, 1 dollar 70 rubla bərabərdir.

"Biz yayın əvvəlində proqnozumuzu açıqlamışdıq, avqustun əvvəli və sentyabrın əvvəlində büdcə proseslərinə görə proqnozlarımız yenilənib. Biz yalnız yaxın 6-12 ay üçün dinamikanı dəyişmişik”, – Oreşkin qeyd edib.

Onun sözlərinə görə, "qorxduğun zaman yalnız almaq lazımdır”.

İqtisadi Inkişaf Nazirliyi makroiqtisadi tarazlığa doğru tədricən qaytarılmanı proqnozlaşdırır. (Oxu)

Xəbər lenti