Xəzər Xəbər

Bəzi yollarda rənglənmə işləri aparılacaq

İqtisadiyyat | 15:56 • 11 Sentyabr 2018
Bəzi yollarda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Parlament prospekti, Mehdi Hüseyn küçəsindən Teymur Elçin küçəsinə kimi və Neftçilər prospekti, Azneft dairəsindən Dalğa arenaya kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, işlər axşam saat 22:00-dan başlayaraq sentyabrın 12-si səhər saatlarına qədər davam edəcək.


Sürücülərdən sözügedən yollarda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti