Xəzər Xəbər

ABŞ-dakı aktiv qazma qurğularının sayı 1048-dir

İqtisadiyyat | 13:28 • 8 Sentyabr 2018
ABŞ-dakı aktiv qazma qurğularının sayı 1048-dir

ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı dəyişməyib.


AZƏRTAC "Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı dəyişməyərək 1048 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 104 ədəd çoxalıb.


Buna baxmayaraq ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 2 ədəd azalaraq 860 olub. Bu, ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 104 ədəd artıb.


Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd artaraq 186 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 1 ədəd azalıb.


Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

Xəbər lenti