Xəzər Xəbər

Fişəng və pirotexniki vasitələrin gömrükdən gizli keçirilməsi alınmadı - FOTO

İqtisadiyyat | 14:32 • 7 Sentyabr 2018
Fişəng və pirotexniki vasitələrin gömrükdən gizli keçirilməsi alınmadı -

Fişəng və pirotexniki vasitələrin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21214” markalı avtomobil "Qırmızı Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin yanacaq çəninin içərisində 360 ədəd "Sterminator” markalı fişəng, 5700 ədəd "Cock Crowinq At Dawn” markalı pirotexniki vasitə aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti