Xəzər Xəbər

Pərviz Şahbazov: Azərbaycanın neft-qaz sektoruna təqribən 95 milyard dollar investisiya cəlb olunub

İqtisadiyyat | 12:07 • 7 Sentyabr 2018
Pərviz Şahbazov: Azərbaycanın neft-qaz sektoruna təqribən 95 milyard dollar investisiya cəlb olunub

Azərbaycanın neft-qaz sektoruna müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi üçün təqribən 95 milyard ABŞ dolları həcmində investisiya cəlb edilib.

Bu barədə energetika naziri Pərviz Şahbazov sentyabrın 7-də Bakıda keçirilən "Azərbaycan Rəqabətlilik Forumu 2018”də deyib.

"Ötən il 2 milyardıncı ton neftini hasil edən Azərbaycan tarixən neft-qaz ölkəsi kimi tanınır və qlobal enerji layihələrinin müəllifidir”, - deyə nazir bildirib.

Xəbər lenti