Xəzər Xəbər

“Şimal axını 2”nin Finlandiya hissəsində boruların döşənməsinə başlanılıb

İqtisadiyyat | 15:55 • 6 Sentyabr 2018
“Şimal axını 2”nin Finlandiya hissəsində boruların döşənməsinə başlanılıb

"Şimal axını 2” ("Nord Stream 2”) boru kəmərinin Finlandiya hissəsində boruların döşənməsinə başlanılıb.


Bu barədə "Nord Stream 2 AG” şirkəti məlumat yayıb. Bildirilir ki, rus qazını Baltik dənizindən keçməklə Avropaya daşıyacaq "Nord Stream 2”nin Finlandiya hissəsində "Solitaire” adlı gəmi 12 metr uzunluğundakı boruları dəniz altına döşəyir. Uzunluğu 300 metr və eni 41 metr olan gəmi burdakı işləri fasiləsiz davam etdirəcək.


Qeyd edək ki, ümumilikdə 10 milyard dollara başa gələcək və 1230 kilometr uzunluğundakı "Nord Stream 2” boru qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək. "Gazprom”la yanaşı, "Shell”, "OMV”, "Engie”, "Uniper” və "Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır.


"Gazprom” şirkəti "Şimal axını 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlayıb. (AZƏRTAC)

Xəbər lenti