Xəzər Xəbər

Gömrükçülər qanunsuz yolla keçirilən xeyli miqdarda siqaret aşkarladı - FOTO

İqtisadiyyat | 13:42 • 6 Sentyabr 2018
Gömrükçülər qanunsuz yolla keçirilən xeyli miqdarda siqaret aşkarladı -

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 211099" markalı avtomobil "Qırmızı Körpü"gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.


DGK-dan xezerxeber.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda - hər iki qabaq oturacağın içərisində və yük yerində xüsusi düzəldilmiş gizli saxlancda 2600 ədəd "Marlboro" və 1000 ədəd "Parliament" markalı siqaretlər aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti