Xəzər Xəbər

Dollar lirəyə nisbətdə yüksəldi, “Fitch” proqnozlarını dəyişdi

İqtisadiyyat | 16:52 • 4 Sentyabr 2018
Dollar lirəyə nisbətdə yüksəldi, “Fitch” proqnozlarını dəyişdi

Türkiyədə dollar lirəyə nisbətdə yenidən yüksəlişə keçib.

Türk lirəsinin məzənnəsi 1%-dən çox bahalaşaraq, 6.72 lirə təşkil edib.

Avro/ lirə məzənnəsi isə 7.77 lirə olub.

Dollar əksər valyutalar qarşısında dəyər qazanıb. Bakı vaxtı ilə saat 13:55-də avro/dollar məzənnəsi 1.1562 səviyyəsinə düşüb.

Bu arada "Fitch Ratings” 2018-2020-ci illər üzrə Türkiyənin iqtisadi artım göstəricilərini aşağı salıb. Belə ki, agentlik 2018-ci il üzrə ölkənin iqtisadi artım proqnozunu 0,7 bənd azaldaraq, 3,8 faizə, 2019-cu il üzrə proqnozunu isə 2,4 faiz azaldaraq, 1,2 faizə endirib.

Reytinq agentliyinin gözləntilərinə görə, 2020-ci ildə Türkiyədə 3,9 faiz iqtisadi artım olacaq. /Oxu.Az

Xəbər lenti