Xəzər Xəbər

Diqqət! Rənglənmə işləri aparılır

İqtisadiyyat | 13:58 • 4 Sentyabr 2018
Diqqət! Rənglənmə işləri aparılır

Bakı şəhəri, Heydər Əliyev prospektindən Keşlə-Mərkəzi yolu, Davud Aslan küçəsinə kimi bu gün üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.


Bu barədə xezerxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılan işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.


Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti