Xəzər Xəbər

Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

İqtisadiyyat | 10:43 • 4 Sentyabr 2018
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl-gümüş bazarında qiymətlər dəyişib.

Sentyabrın 3-də qızılın qiyməti avqustun 31-i ilə müqayisədə 9,044 manat azalaraq 1 unsiya üçün 2039,983 manat təşkil edib.

Gümüş 0,2612 manat ucuzlaşaraq 1 unsiyası üçün 24,6028 manata bərabər olub.

Platinin qiyməti 15,3595 manat azalaraq 1337,73 manat, palladiumun qiyməti isə 4,3095 manat artaraq 1666,9945 manat təşkil edib.

Xəbər lenti