Xəzər Xəbər

İkinci rübdə “Gazprom”un xalis mənfəəti 3,8 milyard dollar olub

İqtisadiyyat | 15:04 • 31 Avqust 2018
İkinci rübdə “Gazprom”un xalis mənfəəti 3,8 milyard dollar olub

Cari ilin ikinci rübündə Rusiyanın "Gazprom” şirkətinin xalis mənfəəti 259 milyard rubl (təxminən 3,8 milyard ABŞ dolları )təşkil edib.


AZƏRTAC şirkətə istinadla xəbər verir ki, "Gazprom” keçən ilin analoji dövründə 48 milyard rubl olan xalis mənfəətini bu ilin ikinci rübündə 259 milyard rubla çatdırıb.


Analitiklərin şirkətin xalis mənfəətinə dair proqnozu isə 228 milyard rubl idi.


Hesabat dövründə şirkət satışları 1,83 trilyon rubla yüksəlib. "Gazprom”un bu ilin ilk yarısındakı xalis mənfəəti isə 630,8 milyard rubl (təqribən 9,3 milyard dollar) olub.


Xəbər lenti