Xəzər Xəbər

OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası Əlcəzairdə keçiriləcək

İqtisadiyyat | 11:49 • 31 Avqust 2018
OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası Əlcəzairdə keçiriləcək

OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti iclası sentyabrın 23-də Əlcəzairdə keçiriləcək.


Bu barədə OPEC məlumat yayıb. Bildirilir ki, JMMC-nin Əlcəzair görüşündə ilin ötən dövrü üçün ümumi bazar əsasları və sazişə əməletmə səviyyəsinin monitorinq planı, eləcə də 2019-cu ildən sonrakı dövrdə qurulacaq əməkdaşlıq müzakirə olunacaq.


Qeyd edək ki, JMMC-nin IX iclası bu il iyunun 21–də Avstriyanın paytaxtı Vyanada keçirilib.


Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Xəbər lenti