Xəzər Xəbər

Bakı-Quba-Rusiya yolunun bir hissəsində rənglənmə işləri aparılır

İqtisadiyyat | 11:11 • 31 Avqust 2018
Bakı-Quba-Rusiya yolunun bir hissəsində rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci kilometrlik hissəsində bu gün üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri görülür.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, işlər axşam saatlarınadək yekunlaşdırılacaq.


Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti