Xəzər Xəbər

Türkiyədə dollar yenidən sürətlə qalxdı

İqtisadiyyat | 16:03 • 30 Avqust 2018
Türkiyədə dollar yenidən sürətlə qalxdı
Türkiyədə 1 dollar 6,67 lirə olub.

Səhər saatlarında 1 dollar 6,48 lirə olsa da, günorta saatlarından sonra sürətlə artmağa başlayıb.

Dolların artmasının tətil günləri ilə bağlı olduğu deyilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Türkiyədən idxal edilən polad və alüminiumun gömrük rüsumlarını artırmasından sonra lirə dollar qarşısında sürətlə dəyər itirməyə başlayıb.

Xəbər lenti