Xəzər Xəbər

Türkiyədə dollar yenə bahalaşdı

İqtisadiyyat | 12:31 • 30 Avqust 2018
Türkiyədə dollar yenə bahalaşdı

Türkiyədə həftəyə 6,15 lirə səviyyəsində başlayan dollar bahalaşmağa davam edir.

XəzərXəbər "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu səhər ölkədə ABŞ dollarının məzənnəsi 6,54 lirəyə yüksəlib. Avro isə 7,67 TL-ni keçib.

Qeyd edək ki, avqust ayına 5,3319 lirə ilə başlayan ABŞ dolları, iyulun 31-də 4,9138 lirə ilə son bir ayın ən aşağı, avqustun 13-də isə 6,8714 lirə ilə son bir ayın ən yüksək həddinə çatıb.

Xəbər lenti