Maliyyə Bazarlarına
Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar qeyri-iş
günləri elan edilmiş avqustun 22-23-də əhalinin və çoxsaylı turistlərin
bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və
şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
XəzərXəbər Palataya istinadən xəbər verir ki, bayram günləri ərzində valyuta
mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və
bölgələrdə fəaliyyət göstərən 22 bankın 56 filial və şöbəsi müştərilərə
xidmət göstərəcək. Bakı şəhərində yerləşən 6 bankın 2 filialı və 5 şöbəsi 24/7 rejimində işləyəcək.
Bayram
günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi
heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana
biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar
xəttə müraciət edilə bilər:
Əlaqələndirici şəxs: Azər Quluyev
E-mail: azar.guluyev@fimsa.az
Tel: (+994) 70 908 62 21