Xəzər Xəbər

Xəzər Televiziyası 2017-ci ilin İllik Hesabatı

İqtisadiyyat | 16:24 • 10 Avqust 2018
Xəzər Televiziyası 2017-ci ilin İllik Hesabatı

"Xəzər TV” Məhdud Məsuliyyətli Cəmiyyət

31 dekabr 2017-ci il tarixinə

Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun konsolidasiya edilmiş

Maliyyə Hesabatları və Müstəqil Auditorun Rəyi


Mündəricat

MÜSTƏQİL AUDİTORUN RƏYİ

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARI:

Konsolidasiya edilmiş Maliyyə Vəziyyəti haqqında Hesabat.......................................................... 1

Konsolidasiya edilmiş Mənfəət və ya Zərər və sair Məcmu Gəlir haqqında Hesabat..................... 2

Konsolidasiya edilmiş Kapitalda Dəyişikliklər haqqında Hesabat.................................................. 3

Konsolidasiya edilmiş Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat.............................................. 4

Konsolidasiya edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər

1 ŞİRKƏT VƏ ONUN FƏALİYYƏTİ.................................................................................................................................... 5

2 ƏSAS UÇOT SİYASƏTLƏRİNİN QISA XÜLASƏSİ...................................................................................................... 5

3 YENİ VƏ YA YENİDƏN İŞLƏNMİŞ STANDARTLAR VƏ ONLARIN ŞƏRHLƏRİN TƏTBİQİ............................ 12

4 YENİ UÇOT QAYDALARI.................................................................................................. 12

5 GƏLİRLƏR............................................................................................... 14

6 XİDMƏTİN MAYA DƏYƏRİ......................................................................................................... 14

7 İNZİBATİ VƏ SAİR ƏMƏLİYYAT XƏRCLƏRİ............................................................................................................ 14

8 ƏSAS VƏSAİTLƏR........................................................................................................15

9 PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ............................................................................................... 15

10 BORCLAR..................................................................................................

11 TİCARƏT VƏ DİGƏR DEBİTOR BORCLARI................................................................................................................ 16

12 TİCARƏT VƏ DİGƏR KREDİTOR BORCLARI............................................................................................................. 17

13 DİGƏR VERGİ ÖHDƏLİKLƏRİ.........................................................................................17

14 NİZAMNAMƏ KAPİTALI...........................................................................................................18

15 ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR.............................................................................................................. 18

16 MALİYYƏ RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ............................................................................................................. 18

17 MƏNFƏƏT VERGİSİ...............................................................................................................................20

18 HESABAT DÖVRÜNDƏN SONRAKI HADİSƏLƏR.................................................................................................... 20



Azərbaycan manatı ilə

Qeyd

31-dekabr-17

31-dekabr-16









Aktivlər








Uzunmüddətli aktivlər




Əmlak və avadanlıqlar

8

8,676,406

7,456,955

Digər qeyri-maddi aktivlər


6,380

4,699









Cəmi uzunmüddətli aktivlər


8,682,786

7,461,654









Qısamüddətli aktivlər




Ticarət və digər debitor borcları

11

1,360,621

3,147,076

Pul vəsaitləri və onların ekvivalentləri

9

537,953

152,643









Cəmi qısamüddətli aktivlər


1,898,574

3,299,719









Cəmi aktivlər


10,581,360

10,761,373









Kapital








Nizamnamə kapitalı

14

(2,120,000)

(2,120,000)

Bölüşdürülməmiş mənfəət


(3,307,157)

(3,726,848)

Əlavə kapital


(488,436)

(274,862)









Cəmi kapital


(5,915,593)

(6,121,710)









Öhdəliklər








Uzunmüddətli öhdəliklər




Borclar

10

(1,000,000)

(833,287)









Cəmi uzunmüddətli öhdəliklər


(1,000,000)

(833,287)









Qısamüddətli öhdəliklər




Ticarət və digər kreditor borcları

12

(3,413,281)

(3,599,476)

Cari ilin mənfəət vergisi üzrə borcları


(108,052)

-

Digər vergi öhdəlikləri

13

(144,434)

(206,900)









Cəmi qısamüddətli öhdəliklər


(3,665,767)

(3,806,376)









Cəmi öhdəliklər


(4,665,767)

(4,639,663)









Cəmi öhdəliklər və kapital


(10,581,360)

(10,761,373)





10 avqust 2018-ci il tarixində imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:

________________________

Həsənli Şamxal Əli oğlu

Direktor

________________________

Xəlilova Fidan Kamal qızı

Baş Mühasib



In Azerbaijani Manats

Qeyd

2017

2016





Gəlirlər

5

(6,554,022)

(4,186,774)

Xidmətlərin maya dəyəri

6

6,191,862

4,240,936









Ümumi mənfəət


(362,160)

54,162









Ümumi və inzibati xərclər

7

913,192

1,684,971

Məzənnə fərqi üzrə gəlir


(279,420)

(74,537)









Əməliyyat zərəri


271,612

1,664,596









Digər xərc


40,154

52,082









Mənfəət vergisindən əvvəlki zərər


311,766

1,716,678

Mənfəət vergisi


107,925

100,502









İl üzrə zərər


419,691

1,817,180









İl üzrə cəmi məcmu zərər


419,691

1,817,180





10avqust 2018-ci il tarixində imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:

________________________

Həsənli Şamxal Əli oğlu

Direktor

________________________

Xəlilova Fidan Kamal qızı

Baş Mühasib



Azərbaycan manatı ilə

Nizamnamə kapitalı

Bölüşdürülməmiş mənfəət

Cəmi kapital





1 yanvar 2016-cı il tarixinə qalıq

(2,120,000)

(5,544,028)

(6,257,248)









İl üzrə cəmi məcmu zərər

-

1,817,180

1,817,180

Müvəqqəti əlavə kapital qoyuluşları

-

-

(1,857,977)

Müvəqqəti kapitaldan geri çəkimlər

-

-

176,335









31 dekabr 2016-cı il tarixinə qalıq

(2,120,000)

(3,726,848)

(6,121,710)









İl üzrə cəmi məcmu zərər

-

419,691

419,691

Müvəqqəti əlavə kapital qoyuluşları

-

-

(377,550)

Müvəqqəti kapitaldan geri çəkimlər

-

-

163,976









31 dekabr 2017-ci il tarixinə qalıq

(2,120,000)

(3,307,157)

(5,915,593)





10 avqust 2018-ci il tarixində imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:


________________________

Xəlilova Fidan Kamal qızı

Baş Mühasib



Qeyd

2017

2016








(311,766)

(1,716,678)







8

1,168,968

651,641

8

550

1,300


(279,420)

(74,537)








578,332

(1,138,274)








2,065,875

(1,234,244)


(174,029)

1,076,695


(74,505)

-








2,395,673

(1,295,823)


-

(100,502)








2,395,673

(1,396,325)










8

(2,388,419)

(1,088,462)


(2,231)

(3,999)








(2,390,650)

(1,092,461)











544,468

1,356,639


(377,755)

(523,352)


377,550

1,857,977


(163,976)

(176,335)








380,287

2,514,929








385,310

26,143








152,643

126,500








537,953

152,643




10 avqust 2018-ci il tarixində imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:

________________________

Həsənli Şamxal Əli oğlu

Direktor

________________________

Xəlilova Fidan Kamal qızı

Baş Mühasib



1 ŞİRKƏT VƏ ONUN FƏALİYYƏTİ

Xəzər TV MMC ("Qrup”) 3 avqust 2007-cü ildə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmışdır. Qrup radio və televiziya stansiyası olaraq fəaliyyət göstərir, televiziya və radio reklam xidmətləri təqdim edir.

Şirkətin qeydə alınmış hüquqi ünvanı - Mətbuat prospekti 25/38, Yasamal rayonu, Bakı, Azərbaycan; fəaliyyət göstərdiyi ünvanı isə - Süleyman Əhmədov 2239, Xətai, Nobel prospekti, Bakı, Azərbaycan.

Şirkətin törəmə müəsisəsi Radio Qrup MMC-dir.

2 ƏSAS UÇOT SİYASƏTLƏRİNİN QISA XÜLASƏSİ

İdarənin konsolidasiya edilmiş maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatı Standartlarına ("BMHS”) uyğun olaraq ilkin dəyər metodu əsasında hazırlanmışdır. Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən əsas uçot siyasətləri aşağıda göstərilir. Həmin uçot siyasətləri bütün dövrlərə müvafiq şəkildə tətbiq edilmişdir.

Funksional və təqdimat valyutası və Xarici valyutanın çevrilməsi

Qrupun funksional valyutası onun fəaliyyət göstərdiyi əsas iqtisadi mühitin valyutası hesab edilir. Qrupun funksional və təqdimat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan manatıdır ("AZN”). Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları Qrupun təqdimat valyutası olan Azərbaycan Manatı ilə ("AZN”) təqdim edilir

Əməliyyatlar və qalıqlar - Monetar aktivlər və öhdəliklər Azərbaycan Respublikası Mərkəzi Bankının ("Mərkəzi Bank”) müvafiq hesabat dövrünün sonuna qüvvədə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Qrupun funksional valyutasına çevrilir. Belə əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi və monetar aktiv və öhdəliklərin Mərkəzi Bankın ilin sonuna müəyyən etdiyi rəsmi məzənnə ilə Qrupun funksional valyutasına çevrilməsi nəticəsində yaranan gəlir və zərər mənfəət və ya zərərdə tanınır. Borclar, eləcə də pul vəsaitləri və onların ekvivalentləri ilə bağlı məzənə fərqlərindən yaranan gəlir və zərər mənfəət və ya zərər haqqında hesabatda "maliyyə gəlirləri və ya xərcləri” kimi göstərilir. Məzənə fərqindən yaranan bütün digər gəlir və zərərlər mənfəət və ya zərər haqqında hesabatda "sair əməliyyat xərcləri” və "sair əməliyyat gəlirləri” kimi qeydə alınır. İlin sonuna qüvvədə olan məzənnə ilə çevrilmə ilkin dəyərlə qiymətləndirilən qeyri-monetar maddələrə tətbiq edilmir.

Azərbaycan Respublikası daxilində rəsmi məzənnə əsas etibarı ilə Mərkəzi Bank tərəfindən müəyyən edilir. Bazar dərəcələri rəsmi məzənnədən fərqli ola bilər, lakin fərqlər adətən Mərkəzi Bankın nəzarətdə saxladığı məhdud hədlər çərçivəsində olur. Qrupun hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında aşağıdakı rəsmi mübadilə məzənnələrindən istifadə etmişdir:

ABŞ dolları 31.12.2017 – 1.7001 (31.12.2016 –1.7707)

Maliyyə aktivlərinin təsnifləşdirilməsi

Maliyyə aktivləri aşağıdakı kateqoriyalara təsnifləşdirilir: (a) kreditlər və debitor borcları; (b) satıla bilən maliyyə aktivləri; (c) ödəniş tarixinədək saxlanılan maliyyə aktivləri və (d) mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə əks etdirilən maliyyə aktivləri. Mənfəət və ya zərər

2 ƏSAS UÇOT SİYASƏTLƏRİNİN QISA XÜLASƏSİ (DAVAMI)

vasitəsilə ədalətli dəyərlə əks etdirilən maliyyə aktivləri iki alt-kateqoriyaya bölünür: (i) ilkin tanınma zamanı bu kateqoriyaya aid edilmiş aktivlər və (ii) ticarət üçün maliyyə aktivləri.

Verilmiş kreditlər və debitor borcları Qrupun yaxın dövrdə satmaq niyyəti olduğu aktivlərdən başqa, müəyyən edilmiş və ya müəyyən edilə bilən tarixlərdə ödənilmək şərtilə sərbəst surətdə alınıb satıla bilməyən qeyri-derivativ maliyyə aktivləridir. Verilmiş kreditlər və debitor borcları konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda göstərilən "ticarət və digər debitor borclar” və "pul vəsaitləri və onların ekvivalentlərindən” ibarətdir.

Konsolidasiya edilmiş maliyyə hesabatları.

Törəmə müəssisələrə Qrupun nəzarət etdiyi strukturlaşdırılmış müəssisələr kimi investisiya olunan müəssisələr daxildir. Belə ki, Qrup (i) investisiya olunan müəssisələrin gəlirlərinə əhəmiyyətli dərəcədə təsir göstərən fəaliyyətin əhəmiyyətli hissəsini idarə etməyə imkan verən səlahiyyətlərə malik olur (ii) investisiya olunan müəssisələrdə iştirakından yaranan dəyişən gəlirlər ilə əlaqədar risklərə məruz qalır və ya belə gəlirləri əldə etmək hüququna malik olur və (iii) investorun gəlirlərinə təsir göstərmək məqsədilə investisiya olunan müəssisələrin üzərində öz səlahiyyətlərindən istifadə etmək imkanına malik olur. Qrupun digər müəssisə üzərində səlahiyyətlərini müəyyən edərkən əsaslı hüquqların mövcudluğu və təsiri, o cümlədən potensial səsvermə hüquqları nəzərə alınır. Hüquq o halda əsaslı olur ki, belə hüquq sahibi investisiya olunan müəssisənin fəaliyyətinin əhəmiyyətli hissəsi ilə bağlı qərar qəbul etdiyi zaman belə hüququ praktiki olaraq icra etmək imkanına malik olsun. Qrup hətta investisiya olunan müəssisənin səsvermə hüquqlarının çox hissəsinə malik olmadıqda belə, investisiya olunan müəssisə üzərində səlahiyyətlərə malik ola bilər. Belə hallarda Qrup investisiya olunan müəssisə üzərində real səlahiyyətlərə malik olub-olmadığını müəyyən etmək məqsədilə digər səsvermə hüquqlu şəxslərin hüquqlarının həcmi və bölüşdürülmə dərəcəsi ilə əlaqədar öz səsvermə hüququnun həcmini qiymətləndirməlidir. Törəmə müəssisələrin əməliyyatları üzrə nəzarət Qrupa keçdiyi tarixdən (alış tarixi) belə müəssisələr konsolidasiya edilmiş maliyyə hesabatlarına daxil edilir və nəzarətin itirildiyi tarixdən konsolidasiya edilmiş maliyyə hesabatlarından çıxarılır.

Qrup tərəfindən törəmə müəssisələrin alınması alış metodu ilə uçota alınır. Alınmış identifikasiya edilə bilən aktivlər və müəssisələrin birləşməsi zamanı qəbul edilmiş öhdəliklər və şərti öhdəliklər nəzarət olunmayan iştirak payının həcmindən asılı olmayaraq alış tarixinə ədalətli dəyərdə əks etdirilir.

Qrup mövcud iştirak paylarını əks etdirən və pay sahibinə müəssisənin likvidasiyası halında xalis aktivlərdə proporsional həcmdə pay əldə etmək hüququ verən nəzarət olunmayan iştirak payını hər bir əməliyyat üzrə fərdi qaydada a) ədalətli dəyərlə və ya b) əldə edilmiş müəssisənin xalis aktivlərində nəzarət olunmayan iştirak payına proporsional şəkildə qiymətləndirir. Mövcud iştirak paylarını əks etdirməyən nəzarət olunmayan iştirak payı ədalətli dəyərlə qiymətləndirilir.

Qudvil əldə edilmiş şirkətin xalis aktivlərini əldə edilmiş şirkətə görə ödənilmiş ümumi məbləğdən, əldə edilmiş şirkətdəki nəzarət olunmayan iştirak payından və alış tarixinə qədər artıq əldə edilmiş şirkətə məxsus olan payın ədalətli dəyərindən çıxmaqla müəyyən edilir. Mənfi məbləğ ("mənfi qudvil” və ya "güzəştli alış”) rəhbərliyin əldə edilmiş bütün aktivlərin, eləcə də qəbul edilmiş öhdəliklərin və şərti öhdəliklərin müəyyən edildiyinin bir daha qiymətləndirməsindən və onların qiymətləndirilməsinin düzgünlüyünü təhlil etməsindən sonra mənfəət və ya zərərə aid edilir.

2 ƏSAS UÇOT SİYASƏTLƏRİNİN QISA XÜLASƏSİ (DAVAMI)

Əldə edilmiş şirkətə görə ödənişlər təqdim edilmiş aktivlərin, buraxılmış pay alətlərinin və qəbul edilmiş və ya yaranmış öhdəliklərin ədalətli dəyərində, o cümlədən şərti ödənişlər üzrə razılaşmalar nəticəsində yaranmış aktiv və öhdəliklərin ədalətli dəyərində qiymətləndirilir. Bu zaman məsləhət xidmətləri, hüquq xidmətləri, qiymətləndirmə və analoji peşəkar xidmətlərə görə ödənişlər kimi alış xərcləri nəzərə alınmır. Pay alətlərinin buraxılması zamanı yaranmış əməliyyat xərcləri kapitaldan çıxılır; borc qiymətli kağızların buraxılması ilə bağlı yaranmış əməliyyat xərcləri onların balans dəyərindən çıxılır və alış ilə bağlı bütün digər əməliyyat xərcləri xərcə silinir.

Qrup daxilində həyata keçirilən bütün əməliyyatlar, bu əməliyyatlar üzrə qalıqlar və realizasiya olunmamış gəlirlər konsolidasiya edilmiş maliyyə hesabatlarına daxil edilmir. Realizasiya olunmamış zərərlər də dəyərin bərpa edilməsi halları istisna olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarından çıxarılır. Qrup və onun bütün törəmə müəssisələri Qrupun siyasətinə uyğun vahid uçot siyasəti tətbiq edir. Zərurət yarandıqda, törəmə müəssisələrin hesabatlarında əks etdirilən məbləğlər Qrupun uçot siyasətinə uyğunlaşdırılmışdır.

Nəzarət olunmayan iştirak payı Qrupun birbaşa və ya dolayısı ilə sahib olmadığı paya düşən törəmə müəssisənin xalis fəaliyyət nəticələrinin və kapitalının bir hissəsini əks etdirir. Nəzarət olunmayan iştirak payı Qrupun kapitalının ayrıca komponentini formalaşdırır.

Maliyyə alətlərinin ilkin tanınması

Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə əks etdirilən ticarət qiymətli kağızlar ilkin olaraq ədalətli dəyərdə qeydə alınır. Bütün digər maliyyə alətləri əməliyyat məsrəfləri də daxil olmaqla ilkin olaraq ədalətli dəyərdə uçota alınır. İlkin tanınma zamanı ədalətli dəyər ən yaxşı olaraq əməliyyat qiyməti ilə sübut edilir. İlkin tanınma zamanı yalnız ədalətli dəyər ilə əməliyyat qiyməti arasında fərq olduqda yaranan mənfəət və ya zərər qeydə alınır. Ədalətli dəyər eyni maliyyə aləti ilə aparılan digər cari bazar əməliyyatlarının müşahidəsi və yaxud həmin bazarlardan əldə edilən məlumatlara əsaslanan qiymətləndirmə üsulu ilə sübut edilir.

Qanunvericilik və ya ümumi qəbul edilmiş bazar qaydaları ilə müəyyən edilmiş vaxt çərçivəsində təchiz olunması nəzərdə tutulan maliyyə aktivlərinin bütün digər alış və satışları ("müntəzəm” alış və satışlar), Qrupun maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul etdiyi əməliyyat tarixində qeydə alınır. Alış üzrə bütün digər əməliyyatlar müəssisənin həmin maliyyə aləti üzrə müqavilə tərəfi olduqda qeydə alınır.

Maliyyə aktivlərinin tanınmasının dayandırılması

Qrup aşağıdakı hallarda maliyyə aktivlərinin tanınmasını dayandırır: (a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya (b) Qrup maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya ötürülmə haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə başqa tərəfə ötürdükdə və ya (ii) bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə ötürmədikdə və ya saxlamadıqda, lakin, həmin aktivlər üzrə nəzarət hüququnu özündə saxlamadıqda.

2 ƏSAS UÇOT SİYASƏTLƏRİNİN QISA XÜLASƏSİ (DAVAMI)

Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentlərinə kassa, banklarda saxlanılan depozitlər və ilkin ödəmə müddəti üç ay və ya daha az olan tələb edilənədək qısamüddətli yüksək likvidli investisiyalar

daxildir. Pul vəsaitləri və onların ekvivalentləri effektiv faiz metoduna əsasən amortizasiya olunmuş dəyərdə qeydə alınır.

Ticarət və digər debitor borclar

Ticarət və digər debitor borclar ilkin olaraq ədalətli dəyərdə, sonra isə effektiv faiz metoduna əsasən amortizasiya olunmuş dəyərdə qeydə alınır.

Əlavə dəyər vergisi

Satışdan hesablanan əlavə dəyər vergisi aşağıdakılardan daha tez baş verən əməliyyatın tarixində vergi orqanlarına ödənilir: (a) alıcılar tərəfindən borclar ödənildikdə və ya (b) mal və ya xidmətlər alıcılara təqdim olunduqda. Ödənilmiş ƏDV məbləğləri vergi hesab fakturaları alındıqdan sonra satışdan hesablanan əlavə dəyər vergisi ilə əvəzləşdirilə bilər. Vergi orqanları ƏDV-nin xalis məbləğdə ödənilməsinə icazə verir. Satış və alış üzrə ƏDV konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda ümumi məbləğdə qeydə alınır və konsolidasiya edilmiş maliyyə hesabatında ayrıca olaraq aktiv və öhdəlik kimi göstərilir. Debitor borclarının dəyərsizləşməsi üzrə ehtiyat yaradıldıqda, dəyərsizləşmə üzrə ehtiyat debitor borcunun ƏDV-si daxil olmaqla ümumi məbləğində qeydə alınır.

Əsas vəsaitlər

Əmlak və avadanlıqlar yığılmış amortizasiya və ehtiyac yaranarsa dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla, ilkin dəyərdə uçota alınır.

Əmlak və avadanlıqlar ilə bağlı sonrakı xərclər müvafiq olaraq aktivin balans dəyərində və ya ayrıca aktiv kimi yalnız o halda tanınır ki, həmin aktivlə bağlı gələcək iqtisadi səmərənin Qrupa daxil olması ehtimal edilsin və onun dəyəri etibarlı şəkildə ölçülə bilsin. Kiçik həcmli təmir və gündəlik xidmət xərcləri çəkildiyi dövrdə xərcə silinir. Avadanlıqların əsas hissələrinin əvəz edilməsi xərcləri kapitallaşdırılır və əvəz edilmiş hissələr balansdan silinir.

Rəhbərlik hər bir hesabat dövrünün sonunda əmlak və avadanlıqlar üzrə dəyərsizləşmə əlamətlərini təhlil edir. Əgər belə əlamətlər mövcud olarsa, rəhbərlik bərpa edilə bilən dəyəri təxmin edir. Aktivin bərpa edilə bilən dəyəri onun satış üzrə məsrəfləri çıxılmaqla ədalətli dəyəri və istifadə dəyərindən daha yüksək olan dəyəridir. Balans dəyəri bərpa edilə bilən dəyərə qədər azaldılır və dəyərsizləşmə zərəri il üzrə mənfəət və ya zərərdə tanınır. Aktivin istifadə dəyərini və ya satış üzrə məsrəflər çıxılmaqla ədalətli dəyərini müəyyən etmək üçün istifadə edilmiş təxminlərdə dəyişiklik baş verdiyi təqdirdə, əvvəlki illərdə tanınmış dəyərsizləşmə zərəri geri qaytarılır.

Aktivlərin silinməsindən yaranan mənfəət və ya zərər gəlirin məbləği ilə balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və il üzrə mənfəət və ya zərərdə tanınır.

2 ƏSAS UÇOT SİYASƏTLƏRİNİN QISA XÜLASƏSİ (DAVAMI)

Amortizasiya

Əmlak və avadanlıqlar üzrə amortizasiya azalan qalıq metoduna əsaslanaraq, əsas vəsaitlərin təxmini faydalı istifadə müddəti ərzində aktivlərin ilkin dəyərini onların qalıq dəyərinədək azaltmaqla hesablanır.

Əsas vəsaitlərin novləri:

Faiz:

Bina

7%

Avtomobil

25%

Ofis mebeli

20%

Komputer və ofis avadanlıqıarı

7% - 25%

Qeyri-maddi aktivlər. Qrupda istifadə olunan proqram təminatı üzrə baş verdiyində kapitallaşan xərclər azalan qalıq metodu əsasında amortizasiya edilir. Faydalı istifadə müddəti 10 il olaraq müəyyən edilir.

Ticarət və digər kreditor borclar

Ticarət və digər kreditor borclar qarşı tərəfin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi zamanı hesablanır və ilkin olaraq ədalətli dəyərdə, sonra isə effektiv faiz metoduna əsasən amortizasiya olunmuş dəyərdə tanınır.

Amortizasiya olunmuş dəyərdə tanınan maliyyə aktivlərinin dəyərsizləşməsi.

Dəyərsizləşmə üzrə zərərlər maliyyə aktivinin ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə hadisə ("zərər hadisəsi”) nəticəsində yarandıqda və bu zərər hadisəsi maliyyə aktivi və ya maliyyə aktivləri qrupu üzrə daxil olacaq pul vəsaitləri hərəkətinin məbləğinə və vaxtına etibarlı şəkildə təxmin edilə bilən təsir göstərdikdə mənfəət və ya zərərdə tanınır. Qrup əhəmiyyətli olub-olmamasından asılı olmayaraq, fərdi şəkildə qiymətləndirilən maliyyə aktivinin dəyərsizləşməsinə dair obyektiv sübutun olmadığı qənaətinə gələrsə, həmin aktivi analoji kredit riski xüsusiyyətlərinə malik olan maliyyə aktivləri qrupuna daxil edir və onların dəyərsizləşməsini məcmu şəkildə təhlil edir. Maliyyə aktivinin dəyərsizləşməsini müəyyən edərkən Qrupun nəzərə aldığı əsas amillər həmin aktivin vaxtı keçməsi statusu və hər hansı girov təminatının realizasiya oluna bilməsidir. Dəyərsizləşmə üzrə zərərin baş verməsinə dair obyektiv əlamətlərin mövcud olmasını müəyyən edən digər əsas meyarlar aşağıda göstərilir:

- qarşı tərəfin əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşməsi və bunun Qrupun qarşı tərəf haqqında maliyyə məlumatları ilə təsdiqlənməsi;

- qarşı tərəfin müflisləşməsi və ya onun maliyyə strukturunun yenidən təşkil edilməsi riskinə məruz qalması;

- qarşı tərəfə təsir göstərən milli və ya yerli iqtisadi şəraitin dəyişməsi nəticəsində onun ödəniş statusunda mənfi dəyişikliklərin baş verməsi; və ya

- girovun dəyərinin bazar şərtlərinin pisləşməsi nəticəsində əhəmiyyətli dərəcədə aşağı düşməsi.

Amortizasiya olunmuş dəyərlə uçota alınan dəyərsizləşmiş maliyyə aktivi ilə bağlı şərtlərə yenidən baxılarsa və ya bu şərtlər qarşı tərəfin maliyyə vəziyyətindəki çətinliklərə görə dəyişərsə, dəyərsizləşmənin uçotu şərtlərin dəyişməsindən əvvəlki effektiv faiz dərəcəsinə əsaslanır. Şərtlərinə yenidən baxılmış aktivin tanınmasının dayandırılması zamanı risk və faydalar əhəmiyyətli dərəcədə dəyişərsə, yeni aktiv ədalətli dəyərlə tanınır. Bu, adətən ilkin və

2 ƏSAS UÇOT SİYASƏTLƏRİNİN QISA XÜLASƏSİ (DAVAMI)

yeni gözlənilən nağd pul axınlarının cari dəyərləri arasındakı fərq əhəmiyyətli olduqda müşahidə olunur.

Aktivin balans dəyərini effektiv faiz dərəcəsilə diskont edilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinə (kreditlər üzrə baş verməmiş gələcək zərərlər istisna olmaqla) bərabərləşdirmək üçün aktivlər üçün dəyərsizləşmə üzrə zərərlər ehtiyat hesablarında qeydə alınır. Girov qoyulmuş maliyyə aktivi üzrə təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinin hesablanması girovun əldə edilməsi və satılması xərcləri çıxılmaqla, girov nəticəsində yarana bilən (girovun olub-olmaması ehtimal edildikdə) pul vəsaitlərinin hərəkətini əks etdirir.

Dəyərsizləşmə üzrə zərərin məbləği sonrakı dövrdə baş vermiş hadisəyə görə azalarsa və həmin azalma obyektiv olaraq zərərin qeydə alınmasından sonra baş vermiş hadisəyə (məsələn, borcalanın kredit reytinqinin artması kimi) aid edilərsə, əvvəl qeydə alınmış dəyərsizləşmə üzrə zərər il üzrə mənfəət və zərər hesabına yaradılmış ehtiyata düzəliş etməklə qaytarılır.

Aktivlər qaytarıla bilmədikdə onlar, aktivin və ya onun hissəsinin bərpa olunması üçün bütün zəruri prosedurların tamamlanmasından və zərərin məbləğinin müəyyən edilməsindən sonra müvafiq zərər ehtiyatından silinir. Əvvəllər silinmiş məbləğlərin bərpa edilməsi il üzrə mənfəət və ya zərərdə dəyərsizləşmə üzrə zərərin azaldılması kimi uçota alınır.

Mənfəət vergisi

Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında əks etdirilən mənfəət vergisi Azərbaycan Respublikasının qüvvədə olan və ya hesabat dövrünün sonuna qüvvəyə minmiş qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari mənfəət vergisindən ibarət olub, il üzrə mənfəət və zərərdə tanınır.

Vergiyə cəlb edilən mənfəət və ya zərər konsolidasiya edilmiş maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim olunmasından əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa vergilər əməliyyat xərcləri kimi qeydə alınır.

Sosial sığorta və pensiya köçürmələri

Azərbaycan Respublikasının "Sosial sığorta haqqında” Qanununa əsasən Qrup Azərbaycan Respublikasının vətəndaşları olan işçilərinə görə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ("Dövlət Fondu”) köçürmələr etməlidir.

2017 və 2016-cı illər üzrə təqdim edilən hesabatlarda Qrupun köçürmələri işçilərinin əmək haqlarının 22%-i həcmində olmuşdur. Bundan əlavə, işçilər öz əmək haqlarının 3%-i həcmində Dövlət Fonduna ödəniş etməlidir. Qrupun öz işçilərinə təqaüdə çıxdıqda və təqaüdə çıxdıqdan sonrakı dövrlərdə heç bir ödəniş etmək öhdəliyi yoxdur.

Gəlirlərin tanınması

Gəlirlər göstərilmiş xidmət və ya təchiz olunmuş mallara görə alınmış və ya alınacaq məbləğlərin ədalətli dəyəri ilə qiymətləndirilir və bütün güzəştlər, geri qaytarılmış mallar və əlavə dəyər vergisi çıxılmaqla əks etdirilir. Qrup gəlirin məbləği etibarlı şəkildə qiymətləndirildikdə, gələcək iqtisadi səmərənin müəssisəyə daxil olması ehtimal edildikdə və Qrupun aşağıda göstərilən bütün fəaliyyət növləri xüsusi meyarlara uyğun olduqda gəliri tanıyır. Barter əməliyyatı ilə əldə edilmiş malların ədalətli dəyərini düzgün şəkildə qiymətləndirmək

2 ƏSAS UÇOT SİYASƏTLƏRİNİN QISA XÜLASƏSİ (DAVAMI)

mümkün olmadıqda, gəlir satılmış malların və ya göstərilmiş xidmətlərin ədalətli dəyəri ilə qiymətləndirilir.

Radio və televiziya reklam gəlirləri xidmətin göstərildiyi uçot dövründə xidmətlərin mərhələli təqdim edilməsi prinsipi nəzərə alınmaqla tanınır. Xidmətlərin mərhələli təqdim edilməsi prinsipi faktiki göstərilmiş xidmətlərin göstərilməli olan ümumi xidmətə nisbətinə əsaslanır.

Nizamnamə kapitalı və digər kapital ehtiyatları

Adi səhmlər kapital kimi təsnifləşdirilir. Yeni səhmlərin emissiyası ilə birbaşa əlaqəli olan əlavə xərclər kapitalda daxilolmaların azalması kimi (vergi çıxılmaqla) göstərilir. Əlavə ödənilmiş kapital Qrupun səhmdarları tərəfindən əlavə kapital qoyuluşlarını əks etdirir. Hər hansı dividend ödənişi, əhəmiyyətli təsir və ya nəzarət olmayan ümumi nəzarət altında olan digər müəssisələrə investisiya məqsədilə kapital qoyuluşlarındakı azalmalar kapitalda dəyişikliklər haqqında

hesabatda kapitalın azalması kimi tanınır. Bu azalmalar üçün kapital kifayət etmədikdə, yerdə qalan məbləğ bölüşdürülməmiş mənfəətin azalması hesabına tanınır.

Əlaqəli tərəflərlə əməliyyatlar

Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının məqsədləri üçün tərəflər bu halda əlaqəli hesab edilir ki, bir tərəf digər tərəfə nəzarət etmək və ya maliyyə və ya əməliyyat qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək iqtidarında olsun. Hər bir potensial əlaqəli tərəflə münasibətlər nəzərdən keçirilərkən, diqqət bu münasibətlərin yalnız hüquqi formasına deyil, mahiyyətinə yönəldilir.

Əlaqəli tərəflər əlaqəli olmayan tərəflərin həyata keçirə bilmədiyi əməliyyatlarda iştirak edə bilər. Əlaqəli tərəflər arasında əməliyyatlar əlaqəli olmayan tərəflər arasında əməliyyatlarla eyni şərtlər, müddət və məbləğdə aparılmaya bilər. Öz xüsusiyyətinə görə əlaqəli tərəflər arasında əməliyyatlar bir-birindən asılı olmayan tərəflər arasında aparılan əməliyyatlar hesab oluna bilməz.

Uçot Siyasətinin Tətbiqi Zamanı Əhəmiyyətli Ehtimallar və Mülahizələr

Qrup növbəti maliyyə ili ərzində konsolidasiya edilmiş maliyyə hesabatlarında tanınan məbləğlərə və aktiv və öhdəliklərin balans dəyərinə təsir göstərən ehtimallar və mülahizələr irəli sürür. Həmin ehtimallar və mülahizələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edilir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik, həmçin peşəkar ehtimallar və təxminlər irəli sürür. Konsolidasiya edilmiş maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir.

Əmlak və avadanlıqlaırn faydalı istifadə müddəti.

Əmlak və avadanlıqların faydalı istifadə müddətinin müəyyən edilməsi oxşar aktivlər ilə bağlı mövcud təcrübəyə əsasən peşəkar mülahizələr tətbiq etməklə aparılmışdır. Belə aktivlərlə bağlı gələcək iqtisadi faydalar əsasən onların istifadəsi nəticəsində əldə ediləcəkdir. Lakin avadanlığın texniki və kommersiya baxımından köhnəlməsi və aşınması kimi digər amillər bu aktivlərlə bağlı

2 ƏSAS UÇOT SİYASƏTLƏRİNİN QISA XÜLASƏSİ (DAVAMI)

iqtisadi faydaların azaldılmasına gətirib çıxarır. Rəhbərlik aktivlərin cari texniki vəziyyətini və bu aktivlərin Qrupa iqtisadi fayda gətirəcəyi təxmin edilən dövrü nəzərə alaraq, əsas vəsaitlərin qalan faydalı istifadə müddətini müəyyən edir. Bu zaman aşağıdakı əsas amillər nəzərə alınır: (a) aktivlərin gözlənilən istifadə müddəti; (b) istismar göstəriciləri və texniki xidmət qaydalarından asılı olan gözlənilən fiziki köhnəlmə və aşınma; və (c) bazar şərtlərindəki dəyişikliklər nəticəsində avadanlığın texnoloji və kommersiya baxımından köhnəlməsi və aşınması.

Qiymətləndirmələr əvvəlki təxminlərdən fərqlənirsə, dəyişikliklər BMS 8-ə "Uçot siyasətləri, uçot təxminlərində dəyişikliklər və səhvlər” uyğun olaraq uçota alınır.

Fəaliyyətin fasiləsizliyi. Fəaliyyətin fasiləsizliyi prinsipi Qrupun yaxın gələcəkdə fəaliyyətinə davam edəcəyini, aktivlərini realizə edə biləcəyini və fəaliyyətinin adi gedişində öhdəlik və təəhhüdlərini yerinə yetirə biləcəyini nəzərdə tutur.

3 YENİ VƏ YA YENİDƏN İŞLƏNMİŞ STANDARTLAR VƏ ONLARIN ŞƏRHLƏRİN TƏTBİQİ

Aşağıdakı yenidən işlənmiş standartlar 1 yanvar 2017-ci il tarixindən qüvvəyə minmiş, lakin Qrupa əhəmiyyətli dərəcədə təsir göstərməmişdir:

· "Məlumatların açıqlanması” – BMS 7-yə dəyişikliklər (29 yanvar 2016-cı ildə dərc olunub və 1 yanvar 2017-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

· Reallaşdırılmamış zərərlər üzrə təxirə salınmış vergi aktivlərinin tanınması – BMS 12-yə dəyişikliklər (19 yanvar 2016-cı ildə dərc olunub və 1 yanvar 2017-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

· 2014-2016-cı illərdə dərc edilmiş BMHS-lərin illik təkmilləşdirilməsinə daxil olan BMHS 12-yə dəyişikliklər (8 dekabr 2016-cı ildə dərc olunub və 1 yanvar 2017-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

4 YENİ UÇOT QAYDALARI

1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün məcburi xarakter daşıyan və Qrup tərəfindən vaxtından əvvəl tətbiq edilməyən bəzi yeni standartlar və onlara dair şərhlər dərc olunmuşdur.

· BMHS 9 "Maliyyə Alətləri” (2014-cü ilin iyul ayında dəyişiklik edilmişdir və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

· BMHS 15 "Müştərilər ilə müqavilələrdən yaranan gəlir” (28 may 2014-cü ildə dərc olunub və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

· BMHS 16 "Lizinq” (13 yanvar 2016-cı ildə dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

· BMHS 17 "Sığorta Müqavilələri”, (18 may 2017-ci il tarixində dərc olunub 1 yanvar 2021-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

4 YENİ UÇOT QAYDALARI (DAVAMI)

· BMHŞK 22 "Xarici valyutada əməliyyatlar və qabaqcadan ödənişlər” (8 dekabr 2016-cı ildə dərc olunub və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

· BMHŞK 23 "Mənfəət vergisinin uçotundan yaranan qeyri-müəyyənlik” (7 iyun 2017-ci ildə dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

Hazırda Qrup yeni standartların onun konsolidasiya edilmişmaliyyə hesabatlarına təsirini qiymətləndirir.

5 GƏLİRLƏR

Azərbaycan manatı ilə

2017

2016




TV reklam

(6,077,107)

(4,008,857)

Radio reklam

(469,796)

(177,917)

İcarə

(7,119)

-







Cəmi gəlirlər

(6,554,022)

(4,186,774)




Radio reklam gəlirləri iki radio stansiyadan (100.5 FM və 103 FM)olan gəlirləri əks etdirir.

6 XİDMƏTİN MAYA DƏYƏRİ

Azərbaycan manatı ilə

2017

2016




Əmək haqqı və əlaqəli xərclər

4,074,232

1,967,123

Əsas vəsaitlərin amortizasiya xərcləri

1,167,422

649,268

Rabitə xərcləri

942,881

542,111

Proqram üçün çəkilmiş xərclər

7,327

3,026

Film nümayişi xərcləri

-

330,086

Televiziya verlişlərinin nümayişi xərcləri

-

492,166

Radio yayım xərcləri

-

199,878

Xəbərlər üzrə yayım xərcləri

-

57,278







Cəmi xidmətlərin maya dəyəri

6,191,862

4,240,936




7 İNZİBATİ VƏ SAİR ƏMƏLİYYAT XƏRCLƏRİ

Azərbaycan manatı ilə

2017

2016




Ümidsiz borclar üzrə ehtiyyat

305,981

1,237,779

Komunallar

178,591

114,032

Əmək haqqı və əlaqəli xərclər

161,010

131,632

Reklam

105,159

-

Faiz xərcləri

44,421

23,306

Təmir və abadlıq işlərinin görülməsi

41,967

50,184

Əsas vəsaitin silinməsi

28,020

13,534

Bank xərcləri

21,706

30,405

Əmlak vergisi

17,728

5,939

Sigorta xərci

2,802

-

Təhlükəsizlik xərci

2,477

12,128

Əsas vəsaitlərin amortizasiya xərcləri

1,546

2,373

Torpaq vergisi

1,000

1,000

Qeyri-maddi aktivlərin amortizasiyası

550

1,300

Ezamiyyət xərcləri

-

41,833

Digər xərclər

234

19,526







Cəmi ümumi və inzibatı xərclər

913,192

1,684,971





8 ƏSAS VƏSAİTLƏR

Azərbaycan manatı ilə

Ofis mebeli

Kompüter& avadanlıqları

Bina

Avtomobil

Natamam tikililər

Cəmi








1 yanvar 2016-cı il tarixinə ilkin dəyər

5,910

2,307,171

6,841,030

101,544

-

9,255,655

Yığılmış amortizasiya

(4,977)

(1,669,860)

(478,872)

(81,812)

-

(2,235,521)















1 yanvar 2016-cı il tarixinə balans dəyəri

933

637,311

6,362,158

19,732

-

7,020,134








Əlavələr

-

128,704

196,804

-

776,488

1,101,996

Silinmələr

-

(13,534)

-

-

-

(13,534)

Amortizasiya xərci

(219)

(187,362)

(459,128)

(4,932)

-

(651,641)















31 dekabr 2016-cı il tarixinə ilkin dəyər

5,910

2,422,341

7,037,834

101,544

776,488

10,344,117

Yığılmış amortizasiya

(5,196)

(1,857,222)

(938,000)

(86,744)

-

(2,887,162)















1 yanvar 2017-ci il tarixinə balans dəyəri

714

565,119

6,099,834

14,800

776,488

7,456,955








Əlavələr

-

93,187

-

-

2,323,252

2,416,439

Transfers

-

3,027,773

-

-

(3,027,773)

-

Silinmələr

-

(28,020)

-

-

-

(28,020)

Amortizasiya xərci

(143)

(738,136)

(426,989)

(3,700)

-

(1,168,968)















31 dekabr 2017-ci il tarixinə ilkin dəyər

5,910

5,515,281

7,037,834

101,544

71,967

12,732,536

Yığılmış amortizasiya

(5,339)

(2,595,358)

(1,364,989)

(90,444)

-

(4,056,130)















31 dekabr 2017-ci il tarixinə balans dəyəri

571

2,919,923

5,672,845

11,100

71,967

8,676,406








9 PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

Azərbaycan manatı ilə

2017

2016




Bank qalıqları

537,953

152,643







Cəmi pul vəsaitləri və onların ekvivalentləri

537,953

152,643





2017

2016

Azərbaycan manatı ilə

Tələb edilənədək bank qalıqları

Tələb edilənədək bank qalıqları




Vaxtı keçməmiş və dəyərsizləşməmiş



Ba3 (müsbət proqnoz) (Moody's)

106

3,142

B2 (müsbət proqnoz) (Moody's)

460,615

-

B3 (müsbət proqnoz) (Moody's)

32,371

21,957

Unrated

44,861

127,544







Cəmi pul vəsaitləri və onların ekvivalentləri

537,953

152,643




10 BORCLAR

Azərbaycan manatı ilə

2017

2016




Uzunmüddətli bank kreditləri

(1,000,000)

(833,287)







Cəmi borclar

(1,000,000)

(833,287)










Azərbaycan manatı ilə

2017

2016




Borclar valyutada:



- Azərbaycan Manatı

(1,000,000)

(833,287)







Cəmi borclar

(1,000,000)

(833,287)




Paşa Bank ASC-dən uzunmuddətli kredit

2017-ci il ərzində Paşa Bank ASC-dən illik faiz dərəcəsi 5% olan 500,000 AZN kredit götürülmüşdür. Müqaviləyə əsasən bu borc14dekabr 2020-ci ilə qədər təqdim edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu formada ödənilməlidir.

2017-ci il ərzində Paşa Bank ASC-dən illik faiz dərəcəsi 5% olan 1,000,000 AZN kredit götürülmüşdür. Müqaviləyə əsasən bu borc 17 iyun 2019-cu ilə qədər təqdim edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu formada ödənilməlidir.

11 TİCARƏT VƏ DİGƏR DEBİTOR BORCLARI

Azərbaycan manatı ilə

2017

2016




Ticarət debitor borcları

2,669,533

4,189,849

Dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla

(1,543,760)

(1,237,779)







Cəmi ticarət və digər debitor borclara daxil olan maliyyə aktivləri

1,125,773

2,952,070




Digər debitor borclar

234,848

195,006







Total trade and other receivables at 31 December

1,360,621

3,147,07




Ticarət debitor borcların dəyərsizləşməsi üzrə ehtiyatın hərəkəti aşağıda göstərilir:


2017

2016

Azərbaycan manatı ilə

Ticarət debitor borcları

Ticarət debitor borcları




1 yanvar tarixinə dəyərsizləşmə üzrə ehtiyat

1,237,779

-

İl ərzində dəyərsizləşmə üzrə ehtiyatın yaradılamsı

305,981

1,237,779







31 dekabr tarixinə dəyərsizləşmə üzrə ehtiyat

1,543,760

1,237,779




11 TİCARƏT VƏ DİGƏR DEBİTOR BORCLARI (DAVAMI)

Ticarət debitor borcların kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

Azərbaycan manatı ilə

2017

2016




Vaxtı keçməmiş və dəyərsizləşməmiş

1,039,934

2,971,568







Cəmi vaxtı keçməmiş və dəyərsizləşməmiş

1,039,934

2,971,568







Fərdi şəkildə dəyərsizləşmiş debitor borclar (ümumi məbləğ)



- ödənişi 91-180 gün gecikdirilmiş

137,837

31,065

- ödənişi 181-360 gün gecikdirilmiş

67,683

-

- ödənişi 360 gündən artıq gecikdirilmiş

1,424,079

1,187,216







Cəmi fərdi şəkildə dəyərsizləşmiş

1,629,599

1,218,281







Dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla

(1,543,760)

(1,237,779)







31 dekabr tarixinə cəmi ticarət və digər debitor borclar

1,125,773

2,952,070




12 TİCARƏT VƏ DİGƏR KREDİTOR BORCLARI


2017

2016





(3,281,741)

(3,419,476)








(3,281,741)

(3,419,476)





(131,540)

(180,000)








(3,413,281)

(3,599,476)




Qazanılmamış gəlir 1 yanvar 2018-ci il tarixindən 31 dekabr 2018-ci il tarixindək radio reklam xidmətləri üçün "SOCAR Petroleum” QSC-dən 8 dekabr 2017-ci il tarixində 120,000 AZN (180,000 AZN 2016-cı il) məbləğində alınmış avans məbləğini əks etdirir.

13 DİGƏR VERGİ ÖHDƏLİKLƏRİ

Azərbaycan manatı ilə

2017

2016




Digər qisamüddətli vergi öhdəlikləri:



İşçilər üzrə DSMF borcu

(53,150)

(163,328)

ƏDV üzrə borcu

(50,051)

-

DSMF cəriməsi

(14,276)

(43,491)

İşçilər üzrə mənfəət vergisi

(13,820)

-

Əmlak vergisi

(13,137)

(81)







Cəmi digər vergi öhdəlikləri

(144,434)

(206,900)




14 NİZAMNAMƏ KAPİTALI

31 dekabr 2017-ci il və 2016-cı il tarixləri üzrə Şirkətin təsdiqlənmiş və ödənilmiş nizamnamə kapitalı hər biri 1 AZN dəyərində olmaqla 2,120,000 adi səhmdən (ümumilikdə 2,120,000 AZN) ibarətdir.

15 ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

2017 və 2016-cı illər üzrə əlaqəli tərəflərlə əməliyyatlar aşağıdakı kimi olmuşdur:

Şirkətin əsas idarəedici heyəti baş direktor,baş mühasib və departament direktorlarından ibarətdir. 2017 və 2016-cı illər üzrə Şirkətin əsas idarəedici heyətinə ödənişlər digər imtiyazlar da daxil olmaqla müvafiq olaraq 415,703 AZN və 293,803 AZN təşkil etmişdir.

16 MALİYYƏ RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ

Qrup daxilində risklərin idarə edilməsi funksiyası maliyyə, əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirilir. Maliyyə risklərinə bazar riski (o cümlədən valyuta riski, faiz dərəcəsi riski və digər qiymət riskləri), kredit riski və likvidlik riski daxildir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

Kredit riski. Maliyyə aləti üzrə bir tərəf öz öhdəliyini yerinə yetirə bilməməsi nəticəsində digər tərəfə maliyyə zərəri vurduqda, Qrup kredit riskinə məruz qalır. Kredit riski Qrupun kredit şərtləri ilə xidmət satışları və maliyyə aktivlərinin yaranmasına səbəb olan qarşı tərəflərlə aparılan digər əməliyyatlar nəticəsində yaranır.

Aktivlərin növləri üzrə Qrupun məruz qaldığı kredit riskinin maksimal səviyyəsi maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin balans dəyəri ilə əks etdirilir:

Azərbaycan manatı ilə

2017

2016




Ticarət və digər debitor borclar



- Ticarət debitor borcları

2,669,533

4,189,849

Pul vəsaitləri və onların ekvivalentləri



- Tələb edilənədək bank qalıqları

537,953

152,643







Cəmi kredit riskinin maksimal səviyyəsi

3,207,486

4,342,492




Bazar riski.Qrup bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan (a) xarici valyuta (b) faiz hesablanan aktiv və öhdəliklər və (c) pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Rəhbərlik qəbul edilə bilən risklərin səviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə hər gün nəzarət edir. Buna baxmayaraq, bu cür yanaşmadan istifadə edilməsi bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda, müəyyən edilmiş limitlərdən artıq zərərlərin yaranmasının qarşısını almır.


16 MALİYYƏ RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ (DAVAMI)

Xarici valyuta riski.Rəhbərlik xarici valyuta riski ilə əlaqədar hər bir valyuta və ümumilikdə risklərin səviyyəsi üzrə limitlər müəyyən edir. Bu limitlərə hər ay nəzarət edilir. Hesabat dövrünün sonuna Qrupun məruz qaldığı valyuta riski üzrə ümumi təhlil aşağıdakı cәdvәldә əks olunur:


At 31 December 2017

At 31 December 2016

Azərbaycan manatı ilə

Monetar maliyyə aktivləri

Monetar maliyyə öhdəlikləri

Xalis

balans mövqeyi

Monetar maliyyə aktivləri

Monetar maliyyə öhdəlikləri

Xalis

balans mövqeyi








Azerbaijani Manats

3,207,486

(1,000,605)

2,206,881

4,342,492

(843,865)

3,498,627















Cəmi

3,207,486

(1,000,605)

2,206,881

4,342,492

(843,865)

3,498,627








Likvidlik riski.Likvidlik riski maliyyə öhdəliklərinin yerinə yetirilməsində müəssisənin çətinliklərlə üzləşəcəyi riskdir. Qrup mövcud olan nağd pul vəsaitlərindən gündəlik istifadə zərurəti ilə bağlı risklə qarşılaşır. Likvidlik riski Qrupun rəhbərliyi tərəfindən idarə edilir. Rəhbərlik hər ay pul vəsaitlərinin hərəkətləri üzrə proqnozlara nəzarət edir.

Qrup əsasən borclar və kreditor borclarından ibarət olan davamlı maliyyələşdirmə bazasının saxlanmasına çalışır. Qrupun likvidlik portfeli pul vəsaitləri və onların ekvivalentlərindən ibarətdir (Qeyd 9).

Aşağıdakı cədvəldə 31 dekabr 2017-ci il tarixinə maliyyə öhdəlikləri müqavilə üzrə ödəmə müddətlərinə görə təsnifləşdirilir. Cədvəldə göstərilən məbləğlərə müqavilə üzrə diskontlaşdırılmamış pul vəsaitlərinin hərəkəti daxildir. Belə diskontlaşdırılmamış pul vəsaitlərinin hərəkəti konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatdakı məbləğlərdən fərqlənir, belə ki, konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatdakı məbləğlər diskont edilmiş pul vəsaitlərinin hərəkətinə əsasən hesablanır.

Ödənilməli məbləğ sabit olmadığı hallarda, cədvəldə göstərilən məbləğlər hesabat dövrünün sonuna mövcud olan şərtlərə istinadən müəyyən edilir. Xarici valyuta ilə ödənişlər hesabat dövrünün sonuna olan spot məzənnəsindən istifadə etməklə çevrilir

31 dekabr 2017-ci il tarixinə maliyyə öhdəliklərinin ödəmə müddətlərinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

Azərbaycan manatı ilə

Tələb edilənədək və 1 aydan az

1-6 ay

6-12 ay

1 ildən

çox

Cəmi







Öhdəliklər






Ticarət kreditor borcları

(3,281,741)

-

-

-

(3,281,741)

Borclar

(45,486)

(226,599)

(266,090)

(519,811)

(1,057,986)













Cəmi gələcək ödənişlər

(3,327,227)

(226,599)

(266,090)

(519,811)

(4,339,727)







16 MALİYYƏ RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ (DAVAMI)

Azərbaycan manatı ilə

Tələb edilənədək və 1 aydan az

1-6 ay

6-12 ay

1 ildən

çox

Cəmi







Öhdəliklər






Ticarət kreditor borcları

(3,419,476)

-

-

-

(3,419,476)

Borclar

(31,250)

(154,518)

(181,755)

-

(367,523)













Cəmi gələcək ödənişlər

(3,450,726)

(154,518)

(181,755)

-

(3,786,999)







Interest rate risk.Qrup bazar faiz dərəcələrinin dəyişməsinin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə təsiri ilə əlaqədar riskə məruz qalır. Aşağıdakı cədvəldə Qrupun məruz qaldığı faiz dərəcəsi riski üzrə ümumi təhlil əks olunur. Cədvəldə Qrupun cəmi maliyyə aktiv və öhdəlikləri müqavilə üzrə faiz dərəcələrinin dəyişməsi tarixlərinə və ya ödəmə müddətlərinə görə (bu tarixlərdən hansı daha tez baş verərsə) təsnifləşdirilir:

Azərbaycan manatı ilə

Tələb edilənədək və 1 aydan az

1-6 ay

6-12 ay

1 ildən

çox

Cəmi







31-dekabr-17






Cəmi maliyyə öhdəlikləri

(45,486)

(226,599)

(266,090)

(519,811)

(1,057,986)













31 dekabr 2017-ci il tarixinə faiz dərəcələri üzrə xalis həssaslıq kəsiri

(45,486)

(226,599)

(266,090)

(519,811)

(1,057,986)













31-dekabr-16






Cəmi maliyyə öhdəlikləri

(31,250)

(154,518)

(181,755)

-

(367,523)













31 dekabr 2016-cı il tarixinə faiz dərəcələri üzrə xalis həssaslıq kəsiri

(31,250)

(154,518)

(181,755)

-

(367,523)







17 MƏNFƏƏT VERGİSİ

Yekunlaşmış maliyyə ili, 31 dekabr 2017 və 2016 cı il ərzində mənfəət vergisi 20% təşkil etmişdir. Bu faiz növbəti maliyyə ili üçün də keçərli olacaqdır.

18 HESABAT DÖVRÜNDƏN SONRAKI HADİSƏLƏR

Maliyyə hesabatlarının dərc olunduğu gündən bu günə qədər onlara ciddi təsir edə biləcək heç bir hadisə baş verməmişdir.

Xəbər lenti